Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanın qonşuluğunda QIZILCA EPİDEMİYASI: 700 faiz...

16.04.2019 13:17

2019-cu ilin ilk 3 ayında dünyada qızılcaya tutulma halları ötən ilki statistikaya nisbətən 4 dəfə artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Hesabatda bildirilir ki, dünyanın bəzi bölgələrində qızılca epidemik xarakter daşıyır. Buraya Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Sudan, Efiopiya, Konqo, Ukrayna, Tayland, Filippin adaları, Madaqaskar, Myanma kimi ölkələr daxildir. Bu ölkələrdə başda kiçik uşaqlar olmaqla, çox sayda insan məhz bu epidemiyanın qurbanı olur.

Qızılcaya tutulma halları Afrika qitəsində 700, Amerikada 60, Avropada 300, Şərqi Aralıq Dənizində 100, Cənub-şərqi Asiya və Qərbi Sakit okeanda 40 faiz artıb.

2017-ci il hesabatına görə, dünyada 110 min insan qızılca səbəbindən dünyasını dəyişib. Bu xəstəlik beynin zədələnməsinə, korluğa və karlığa gətirib çıxara bilir. Yüksək temperatur, öskürək, halsızlıq, burundan mayenin axması, gözlərdə qızarıqlıq, ishal, anemiya, dəridə qızarıqlıq qızılcanın başlıca simptomlarıdır./publika.az

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR