Kəmaləddin Heydərov: "Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm"

26.03.2019 11:12

"Ticarət mərkəzinin çöl hissəsi alkoponla üzlənib, bunlar yanan maddələrdir”.

Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, binanın içərisində yanğınsöndürənlər xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər, bayırdan isə yanğınsöndürən maşınlar yanğının söndürülməsinə cəlb olunub: "Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq lokallaşdırılır, açıq alov məhdudlaşdırılır”.

"Sahibkarlara kompensasiya verilib-verilməyəcəyi sonrakı prosesdir, ona mən qərar vermirəm. Bizim hazırda əsas işimiz yanğını söndürmək və imkan daxilində insanların yanmamış mallarını oradan çıxartmaqdır",-deyə K.Heydərov deyib.

K. Heydərov bildirib ki, hər bir sahibkar öz malını sığortalamalıdır: "Bura özəl obyekt, özəl ticarət mərkəzidir. Burada ticarətlə məşğul olan hər bir mal sahibi öz dükanını, mallarını sığortalamalıdır".

Nazir hüquq-mühafizə orqanlarının da hadisə ilə bağlı müvafiq addımlar atacağını qeyd edib. (ONA)

© xezerxeber.az


472 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR