Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR

14.03.2019 19:12

Azərbaycan Respublikasının Prezident Administrasiyasının tapşırığına uyğun olaraq Komitə tərəfindən özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır.

Əmlak Məsələləri Dövlət Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, yaxın zamanlarda həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim ediləcək.

Eyni zamanda ölkə başçısının tapşırığına əsasən istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavəsitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanılmış və davam etdirilir.

© xezerxeber.az


1170 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR