Hava iki gün qeyri-sabit keçəcək - Xəbərdarlıq

17.02.2019 10:23

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 5-7° isti olacaq.

Fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 6-8° enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.

Xəbərdarlığa görə, fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağıntının intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 5-8° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi,Şuşa,Xocalı,Xocavənd,Qubadlı,Zəngilan,Laçın,Kəlbəcərdə, həmçininDaşkəsən-Gədəbəyrayonlarındahavanın arabir yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 2-6° isti olacağı bildirilir.

Gəncə şəhərində,Qazax,Goranboy,Tərtər,Ağdam,Füzuli,Cəbrayılrayonlarında arabir yağış yağacağı, gündüzhavanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı ehtimalı var.

Balakən,Zaqatala,Qax,Şəki,Oğuz,Qəbələ,İsmayıllı,Ağsu,Şamaxı,Siyəzən,Şabran,Xızı,Quba,Xaçmaz,Qusarrayonlarındahavanın arabir yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 7-12°, gündüz 0-3° şaxta olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində,Yevlax,Göyçay,Ağdaş,Kürdəmir,İmişli,Ağcabədi,Beyləqan,Sabirabad,Biləsuvar,Saatlı,Hacıqabul,Salyan,Neftçalarayonlarında arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-10° isti olacağı gözlənilir.

Masallı,Yardımlı,Lerik,Lənkəran,Astararayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi proqnozlaşdırılır. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 6-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti olacağı bildirilir.

© xezerxeber.az


492 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR