Münxendə Azərbaycan-ABŞ əlaqələri müzakirə edildi

17.02.2019 10:05

Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının baş direktoru Fiona Hill ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, tərəflər Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparıblar.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə ABŞ rəsmisini məlumatlandırıb. Münaqişənin həllinin bölgədə dayanıqlı inkişaf və əmin-amanlığı təmin edəcəyi vurğulanıb.

Görüş zamanı tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR