Daha 74 yol kəsişməsində sarı torlar olacaq

12.02.2019 18:17

"Nişanlanma ilə bağlı çatışmazlıqlar aradan qaldırılacaq".

Bakı Nəqliyyat Agentliyi (BNA) yaxın günlərdə paytaxtdakı 74 yol kəsişməsində sarı torların yaradılması ilə bağlı layihənin icrasına başlayacaq.

Bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

"Layihə çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərini əhatə edən 74 yol kəsişmədə yol hərəkətinin təşkili ilə bağlı nəqliyyat şəraiti yaxşılaşdırılacaq. Yol hərəkətinin təşkili, nişanlanma ilə bağlı çatışmazlıqlar aradan qaldırılacaq. Eyni zamanda 74 kəsişmənin hər birində sarı kəsişmə toru nişanlanması tətbiq ediləcək. Bunun sayəsində Bakının mərkəzi küçə və prospektlərində nəqliyyat şəraitinin daha da yaxşılaşdırılmasına nail olunacaq, günün pik saatlarında sıxlıqların yaranmasının qarşısı alınacaq”, - deyə o qeyd edib.(report.az)

© xezerxeber.az


165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR