Parisdə Azərbaycan qadını ilə bağlı kitab təqdim olundu

11.02.2019 18:16

9 fevral tarixində ölkəmizin Fransadakı Səfirliyinin dəstəyi, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı ilə Azərbaycanın Dostları Assosiyasiyası (ADA) "Azərbaycan Dünənki qadınlar" adlı kitabın təqdimatını və kitabda təsvir olunan portretlərin rəsm sərgisini təşkil edib.

XəzərXəbər xəbər verir ki, ADA-nın Azərbaycanda qadınlara səsvermə hüququn verilməsinin 100 illiyinə həsr etdiyi silsilə tədbirlər çərçivəsində həyata keçirilən bu layihə Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Fransada "Favr" nəşriyyat evində işıq üzü görüb.

Görkəmli fransız yazıçı və jurnalisti Jan Lui Quronun təşəbbüsü və rəhbərlyi ilə Nur Dolay tərəfindən qələmə alınan, Fransuaz Kayyet Dönebur tərəfindən rəsmləri canlandırılan bu kitabın əsas məqsədi tarix boyunca Azərbaycanda qadınların cəmiyyətdə mühüm yer aldığını göstərmək və bu irsin müasir dövrümüzə davam etdiyini oxucuya çatdırmaqdır.

Təqdimat mərasimində iştirak edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycan Demokratik Cumhuriyyəti yaradıldiqdan bəri Azərbaycanın bütün yaxin şərqdə müasirliyin rəmzinə çevrildiyini deyib.

Azərbaycan qadınlarına dünya ölkələrinin bir çoxundan öncə səsvermə hüququnun verilməsi artıq uzun əsrlər boynca Azərbaycan qadınının cəmiyyətdə əhəmiyyətli yer tutduğunu bir daha təsdiqləyib.

ADA prezidenti Jan-Fransua Mansel təqdimatda iştirak edən qonaqlara Azərbaycan haqqında məlumat verərək burada dünyəvi dəyərlərin bərqərar olduğunu, millətindən, dinindən, cinsindən asılı olmayaraq, bütün insanların bir ailə kimi mehriban, sülh və əmin-amanlıq şəraitində yaşamasından danışıb.

Artıq Azərbaycanla bağlı bir neçə layihənin müəllifi olan Jan Lui Quro ölkəmizə ilk səfərindən bəri burada rastlaşdığı sülhvsevər, azad fikirli insanlar, xüsusən də müasir, müstəqil və fəal qadınlar onun diqqətini cəlb edib. Fransalı yazıçı, digər müsəlman ölkələrindən fərqli olaraq Azerbycan cəmiyyətində qadınların mühüm rolu olduğunu bu kitab vasitəsi ilə qərb dünyasına çatdırmaq istədiyini bidirib.

Kitabı qələmə alan fransalı publisist, jurnalist Nur Dolay Azərbaycan qadınlarının əzm və cəsarətinə heyran qaldığını bildirib. O, kitabda adıçəkilən hər bir qadının haqqında ayrıca bir kitab yazılmasına və film çəkilməsinə layiq olduğunu vurğulayıb.

© xezerxeber.az


57 dəfə oxunub

XƏBƏRLƏR

16.02.2019 20:17

İstanbulda bina çöküb

ÇOX OXUNANLAR