Böyükşor gölündə 2021-ci ilin yazında günəş panelləri quraşdırılacaq.
Bakıda Böyükşor gölündə 2021-ci ilin yaz aylarında fotovoltaik paneldən ibarət sistemin quraşdırılması layihəsi başa çatacaq.
Bu barədə Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.
Hesabata əsasən, Asiya İnkişaf Bankı (AİB) tərəfindən Energetika Nazirliyinə "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsinin həyata keçirilməsi məsələsinə baxılması ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib.
Hesabatda qeyd edilir ki, İqtisadiyyat Nazirliyinin rəyi əsasında Nazirlər Kabineti tərəfindən layihənin həyata keçirilməsinə icazə verilib. Pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsi ilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur.
Pilot layihəsinin icrası istiqamətində layihənin məsləhətçi şirkətləri ilə müqavilənin imzalanması başa çatdırılıb, AİB tərəfindən beynəlxalq məsləhətçi şirkət kimi "EQO-NIXUS” və S.L.U şirkətləri, yerli məsləhətçi şirkət kimi "Azerbaijan Energy Engineering and Consulting” MMC seçilib.
2018-ci ildə AİB-nin nümayəndə heyəti ölkəmizdə səfərdə olub, əraziyə baxışlar keçirilib, müvafiq dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, layihə ilə bağlı təlim seminarı təşkil edilib. Aidiyyəti qurumların iştirakı ilə layihənin rəhbər komitəsi yaradılıb. Layihənin icrasının mart 2021-ci il tarixinə qədər başa çatdırılması nəzərdə tutulur.(report.az)
© xezerxeber.az"Bakıya gedirəm" deyib evdən çıxdı - 7 gündür xəbər yoxdur - VİDEO
Masallıda ağır qəza - Sürücünün meyitini FHN çıxardı - VİDEO
Dünyanın ən böyük arısı tapıldı: Ölçüsü heyrət doğurur - VİDEO
"Bakıya gedirəm" deyib evdən çıxdı - 7 gündür xəbər yoxdur - VİDEO
İnsan öz bacısına bunu edərmi? - Tükləriniz biz-biz olacaq - FOTO
Masallıda ağır qəza - Sürücünün meyitini FHN çıxardı - VİDEO
Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ
Sabah 8 bal gücündə zəlzələ olacaq? — Seysmoloji Mərkəzdən AÇIQLAMA
DƏHŞƏT: İş adamının xanımının başını kəsib küçəyə atdılar - VİDEO
Evdən qaçan iki qız parkda qorxunc vəziyyətdə tapıldı - VİDEO
Dövlət qulluqçularının maaşı artırılır - YENİ QANUN LAYİHƏSİ - VİDEO
Bu həftə tarixin ən dəhşətli SOYUĞU OLACAQ - Mənfi 60 DƏRƏCƏ
Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ