Vergi sahəsində çox dərin islahatlar aparılıb

12.01.2019 15:28

Vergi sahəsində çox dərin islahatlar aparılıb.

Xezerxeber.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Vergi planının yerinə yetirilməsinin çox yüksək qiymətə layiq olan məsələ olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, bundan əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər gələn illərin vergilərinin yığılaraq bir piramida yaradılmasına, sahibkarların incidilməsinə, onlara qarşı əsassız tələblərin irəli sürülməsinə gətirib çıxarmışdı. "Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik”.

Prezident qeyd edib ki, bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. "Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki, nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar”.

© xezerxeber.az

FOTOQALERIYA






288 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR