Azərbaycanda "donuz qripi" ilə bağlı pul yığanlar ifşa edildi

11.01.2019 15:15

"Fırıldaqçılar Səhiyyə Nazirliyinin adından istifadə edərək "donuz qripi"nə qarşı binalarda dezinfeksiya işləri aparmaq üçün pul alıblar".

XəzərXəbər xəbər verir ki, bu sözləri ölkənin baş epidemoloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları həmin şəxslərə qarşı tədbir görüb. İ.Ağayev bildirib ki, əhali bilməlidir ki, dezinfeksiya işlər Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən aparılır:

"Bütün rayonlarda təsərrüfat hesablı dezinfeksiya müəssisələri var. Binalar həmin müəssisə ilə müqavilə bağlayır və bunun əsasında dezinfeksiya işləri aparılır. Lakin bu müəssisələr yalnız müəyyən zərərvericilər və zirzəmi sularından yaranan infeksiyalara qarşı tədbir görə bilirlər".


© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR