Yanvarın 21-də Ay tutulması baş verəcək

10.01.2019 15:23

Bu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də baş verəcək.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun bildirdiyinə görə, 2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də müşahidə ediləcək.

X.Mikayılov deyib ki, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq.

Növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq və həmin hadisə Azərbaycanda müşahidə olunacaq.

© xezerxeber.az


269 dəfə oxunub

XƏBƏRLƏR

15.06.2019 18:17

Goranboyda kombayn yanıb

ÇOX OXUNANLAR