Dövlət Komitəsinin avtomobillərinin sayı artırılıb

08.11.2018 09:54

Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında qərara dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin avtomobillərinin cəmi say həddi (limiti) 14-dən 20-dək artırılıb. Eyni zamanda komitənin ərazi və yerli bölmələr üzrə avtomobillərin say limiti 9 avtomobildən 15 avtomobilədək artlrlıb.

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR