Nazir müavini şəhid ailələrinə veriləcək ödənişlərdən DANIŞDI: İlin sonuna qədər...

07.11.2018 16:09

İlin sonuna qədər sığorta ödənişi almaq hüququ olan şəhid ailələri və varislərinin yarısına müvafiq ödəniş ediləcək.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Prezidentin bu ilin aprel ayında şəhid ailələri və varislərinə müvafiq ödənişlərin verilməsi ilə bağlı fərmanına əsasən, əvvəlcə bu qulluqçuların, sığorta alan şəxslərin siyahıları müəyyən edilib. "Oktyabrın 9-dan informasiya resursuna sığorta ödənişi almaq hüququ olan şəxslərin siyahısı yerləşdiriləndən sonra 300-dən artıq vərəsədən sənəd daxil olub. Bu müddət ərzində İşçi qrupu tərəfindən müraciətlərə baxılıb, 114 hərbi qulluqçunun 146 vərəsəsinə ödənişlərin verilməsi ilə bağlı qərar verilib. Bu vəsaitin verilməsi ilə bağlı sənədlər Maliyyə Nazirliyinə göndərilib. Şəhid hərbi qulluqçularının vərəsələrinin təxminən yarısına ilin sonuna qədər vəsaiti verə biləcəyik. Bununla bağlı dövlət büdcəsindən vəsait ayrılıb”.

Nazir müavini sığorta ödənişi ilə bağlı daxil olan şikayətlərə də aydınlıq gətirib: "Bu şikayətlərin cavablandırılması üçün aidiyyəti qurumlardan sənədlər tələb edirik. Bəzi şikayətçilər ödəniş almadıqları halda, siyahıda adlarının olmadığını deyir. Bununla bağlı Ədliyyə Nazirliyi və Azərbaycan Dövlət Sığorta Kommersiya Təşkilatına müraciət edilib. Daxil olan müraciətlərin 80 faizinə sığorta ödənişinin edildiyi ilə bağlı sənədlər əldə edilib. Təəssüf ki, bu insanlar ödəniş aldıqları halda sosial şəbəkədə əsassız məlumatlar yayırlar”.

© xezerxeber.az


131 dəfə oxunub

ÇOX OXUNANLAR