Sinoptiklər xəbərdarlıq edirlər…

07.11.2018 13:10

Sinoptiklər ölkə ərazisində yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-i gündüzdən 9-u gündüzədək arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Həmçinin noyabrın 8-dən 9-u səhərədək Lənkəran-Astara zonasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.

© xezerxeber.az


365 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR