Nazir müavinətlərlə bağlı təklifə münasibət bildirdi

07.11.2018 14:05

Maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.

XəzərXəbər-in məlumatına görə, Milli Məclisin komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edən maliyyə naziri deyib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil:

"Məsələn, Belarusla müqayisə edirlər. Burada vəziyyət fərqlidir. Belarusda demoqrafik vəziyyət Azərbaycandakından fərqlidir. Yəni bu, hər dövlətdə fərqlidir. Hər bir dövlətin xüsusiyyətləri nəzərə alınaraq münasibətimizi formalaşdırmalıyıq. Bu məsələyə baxıla bilər”.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR