Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Faktiki hava şəraiti açıqlanıb

07.11.2018 12:54

Noyabrın 6-sı gündüzdən 7-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 6-dan 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 28-78, Böyük Qafqazda 1-21, Naxçıvan MR-da 2-8, Qazax-Gəncə zonasında 1-7, Mərkəzi-Aran rayonlarında 1-6, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Bakıda 6, Zabratda 0.2 mm təşkil edib.

© xezerxeber.az


193 dəfə oxunub

ÇOX OXUNANLAR