2019-cu ilin büdcə zərfinin müzakirəsi davam edir

07.11.2018 12:48

Noyabrın 7-də Milli Məclisin insan hüquqları, regional məsələlər, hüquq siyasəti və dövlət quruculuğu, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, gənclər və idman komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova iclasda büdcənin bütün parametrləri üzrə fikir mübadiləsinin aparılacağını deyib. O bildirib ki, büdcənin müzakirə edildildiyi ötən iki iclasda hökümət nümayəndələri həm büdcənin bütün parametrlərini, həm ölkədəki real vəziyyəti, həm də gələcək inkişaf illəri üçün proqnoz göstəriciləri ətrafında bugünə kimi işləyib hazırladıqları büdcə sənədini təqdim ediblər.

Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri də 2019-cu il dövlət büdcəsi ətrafında fikir və təkliflərini səsləndiriblər.

© xezerxeber.az

FOTOQALERIYA






73 dəfə oxunub

ÇOX OXUNANLAR