Xəzər Xəbər

Bayılda yaşayış evi uçub

Gündəm | 12:10 • 17 Oktyabr 2018
Bayılda yaşayış evi uçub
Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində 9 nömrəli ev yağan yağışlar nəticəsində tamamilə dağılıb.

Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.


Onun sözlərinə görə, "Bayıl amfiteatrı" adlanan ərazi riskli zona kimi xəritədə qeyd olunub: "Yaz aylarında həmin ərazilərdə uçqun və müəyyən çökmə prosesləri baş vermişdi. 23-ə yaxın ev qəzalı vəziyyətdə idi və təhlükə gözlənilirdi. Bu gün 9 saylı evdə uçma prosesi oldu. Evdə yaşayış olub, amma heç bir vətəndaş xəsarət almayıb. Qonşu evlərin bir neçəsinin divarlarında çatlar müşahidə olunur”.

Ə. Qaralovun sözlərinə görə, həmin ərazidəki evlər 40-50 il əvvəl tikilib.

Xəbər lenti