Bakıya 70 ədəd `Avro 6` sərnişin avtobusu gətirilir

11.10.2018 14:52

Bakı şəhərinə 70 ədəd "Avro 6" emissiyalı müasir avtobuslar gətiriləcək.Bu barədə XəzərXəbər-ə "Xaliq Faiqoğlu” MMC-dən məlumat verilib.

Məlumatda bildirilir ki. şirkət bu barədə tədbirlərini davam etdirir: ""Xaliq Faiqoğlu" MMC beynəlxalq maliyyə institutu olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" ilə əməkdaşlığa başlayıb və iyul ayının 12-də bununla bağlı əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində şirkət Bakı şəhərinə 70 ədəd Avro 6 emissiyalı müasir avtobuslar gətiriləcək".

Şirkətdən qeyd ediblər ki, sərnişinlərin rahatlığı üçün şirkətin istismarında olan avtobuslarda Wi-Fi xidmətinin tətbiqinə başlanıb və yaxın vaxtlarda 164 ədəd avtobusda sərnişinlərə ödənişsiz internet xidməti təqdim olunacaq.

© xezerxeber.az


148 dəfə oxunub

XƏBƏRLƏR

16.10.2018 20:34

Paşinyan istefa verdi

ÇOX OXUNANLAR