"Əliyev-Paşinyan görüşü çox müsbət siqnaldır" - ABŞ rəsmisi

10.10.2018 17:40

ATƏT-in Minsk qrupu həmsədrlərinin oktyabrın ayının sonuna regiona səfəri gözlənilir.

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışan C.Kent vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Düşənbədə görüşməsi çox müsbət siqnaldır:

"Bu görüşdən sonra təmas xəttində gərginliyin səviyyəsi kifayət qədər aşağı düşüb. ABŞ-da öz növbəsində tərəfləri danışıqları bu minvalla davam etdirməyə və atəşkəsin pozulma hallarının azaldılmasına dair tədbirlər görməyə çağırır. Düşünürəm ki, artıq mövcud prinsiplər və BMT qətnamələrinə əsaslanan bir fəaliyyət müşahidə edəcəyik. Atəşkəsin pozulması və tərəflər arasında təhdid xarakterli çıxışların azalması olduqca önəmlidir. ABŞ rəsmiləri Ermənistan rəsmiləri ilə görüşündə hər zaman bəyan edir ki, bu cür ritorika və atəşkəsin pozulması danışıqlar prosesinə yardım etmir", - deyə C.Kent vurğulayıb.

© xezerxeber.az


245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR