Qüdrət Şükürovun yerinə TƏYİNAT - Eldar Əzizov ƏMR İMZALADI

10.10.2018 17:35

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinə yeni direktor təyin edilib.

Bu barədə XəzərXəbər-ə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyətinın başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmrinə əsasən, BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov "Liftəmir" İstehsalat Birliyinin baş direktoru təyin edilib. Onun vəzifəsinə isə Ayaz Hüseynov təyin edilib.

© xezerxeber.az


251 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR