Hər il yüz milyonlarla dollar gəlir götürəcəyik - Prezident

10.10.2018 16:07

Biz "Star” neftayırma zavodundan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlətimizin başçısı bildirib: "Yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki "Star” neftayırma zavodu istifadəyə veriləcək. Biz bu zavoda çox böyük sərmayə - 6 milyard dollardan çox vəsait qoymuşuq. Biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Yəni, həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bu il bir çox sənaye müəssisələri açılıb və bu proses davam etdiriləcək”.

© xezerxeber.az

FOTOQALERIYA






93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR