Bakıda 11 məktəbə yeni direktorlar təyin olundu

14.09.2018 17:35

18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.

XəzərXəbər xəbər verir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Sorğunun cavabında qeyd olunub ki, 2018-2019-cu tədris ili ərəfəsində İdarənin tabeliyindəki ümumi təhsil məktəblərindən 7 direktorun iş yeri digər məktəbə dəyişdirilib, 11 məktəbə isə yeni təyinat olub.

"Əlavə olaraq bildiririk ki, ötən tərdis ilində 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”- deyə İdarədən məlumat verilib.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

25.09.2018 19:56

Bu rayonda qaz olmayacaq

ÇOX OXUNANLAR