Bu marşrut xətlərinin hərəkətində məhdudiyyət olacaq - XƏBƏRDARLIQ

13.09.2018 19:51

"15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradla əlaqədar, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək”.

Bu barədə XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 15-də səhər saatlarından mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 53, 59, 61, 65, 88, 120, 175, 205 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

"125 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar mərasim bitdikdən sonra sərnişinlərə xidmət göstərəcək. 15 sentyabr - Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə xalqımızı təbrik edir, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrundan şəhid olan qəhrəman vətən övladlarının əziz xatirəsini böyük hörmət və ehtiramla yad edirik”.

© xezerxeber.az


225 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR