Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Həkimlərdən uğurlu əməliyyat: insana üz köçürdülər

13.09.2018 15:37

Monreal şəhərinin klinikalarının birində Kanadalı cərrahlar insan üzünün köçürülməsi üzrə mürəkkəb əməliyyat keçiriblər.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, 64 yaşlı pasient Moris Dejarden özünü yaxşı hiss edir, normal nəfəs ala, qidalana və danışa bilir.

2011-ci ildə ov zamanı faciəvi təsadüf nəticəsində güllə Dejardenin üzünə dəyərək hər iki çənə sümüyünü, dodaqlarını, burnunu və üz əzələlərini qoparmışdı. O, hadisədən sonra bir neçə əməliyyat keçirsə də, həkimlər üzün bütün zədələnmiş hissələrini bərpa edə bilməmişdilər. Nəhayət, uzun illərdən sonra donor tapmaq mümkün olub və may ayında üzün köçürülməsi əməliyyatı baş tutub.

Hazırlığında həkimlər, assistentlər və tibb bacıları da daxil olmaqla, 100-dən çox mütəxəssisin iştirak etdiyi 30 saat sürən əməliyyat uğurlu sonluqla nəticələnib. Əməliyyatdan sonrakı dörd ay ərzində həkimlər toxumaların uyğunlaşmasına və bunun pasientin orqanizminə təsirini nəzarətdə saxlayıblar.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR