İyulda 3406 əcnəbiyə müvəqqəti yaşama icazəsi verib

10.08.2018 14:44

İyulda Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət etmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən 3406-na müvəqqəti yaşama, 358-nə daimi yaşama (müddətin uzadılması) ilə bağlı icazə vəsiqələri verilib, 47-nin ölkədə müvəqqəti olma müddəti uzadılıb.

DMX-dən xezerxeber.az-a bildiriblər ki, bundan başqa, Xidmət tərəfindən ay ərzində 705 əcnəbiyə ölkədə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilib.

Qeyd edək ki, iyulda DMX tərəfindən ümumilikdə müvəqqəti və daimi yaşama, həmçinin iş icazəsinin verilməsi, o cümlədən müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 4516 qərar qəbul olunub.

© xezerxeber.az

FOTOQALERIYA






52 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR