Astronomlar sirli hərəkət edən göy cismi tapıblar

09.08.2018 12:25

Nyu-Mexiko Milli Elm Fondu Radio Astronomiya Rəsədxanasının alimləri təxminən iki yüz milyon il yaşı olan qəribə obyekt aşkar ediblər. Hazırda bu göy cismi Günəş sistemindən kənarda - Yerdən 20 işıq ili məsafədə yerləşir.

Azərbaycan Milli Elmlər Akademiyasından xezerxeber.az-a bildiriblər ki, yeni planet "Səyahət edən planet” ("Rogue planet") adlandırılıb.

Aşkar edilən obyektin qəribəliyi onun xüsusi parıltısının olmasıdır. "Planet" onun ana ulduzu olmadan səmada səyahət edir. Bu da göy cisimləri üçün son dərəcə qeyri-adi hal hesab edilir. Yupiterdən 12,7 dəfə böyük olan planetin maqnit sahəsi iki yüz dəfə çoxdur və səthinin temperaturu 800 dərəcə selsidir.

© xezerxeber.az


386 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR