MN: Azərbaycan Ordusunun döyüş mövqelərində partlayış baş verməsi ilə bağlı Ermənistan KİV-də yayılmış xəbər təxribatdır

08.08.2018 20:01

Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib. Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".

© xezerxeber.az


447 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR