Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü

12.07.2018 09:37

Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter” hesabında yazıb.

Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Nazirlərin görüşünün detalları hələlik açıqlanmayıb.

© xezerxeber.az


67 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR