Yaş artdıqca imtahanda uğur faizi azalır - DİM

11.07.2018 16:58

Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 30-da dövlət qulluğuna qəbul imtahanı ilə bağlı bəzi statistik məlumatları açıqlayıb.

DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 807 nəfəri kişi, 569 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 714 nəfər (qeydiyyatdan keçənlərin 88.5%-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 1-i kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməmişdir. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 5 nəfəri (3 kişi, 2 qadın) imtahanı uğurla keçib.

imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 188 nəfəri (96 kişi və 92 qadın) 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 40.5%-i, qadınların isə təqribən 54.4%-i müvəffəqiyyət əldə edib.25-29 yaş intervalında isə 226 nəfər (127 kişi və 99 qadın) lazım olan balı toplaya bilib. İmtahanda uğur qazanan namizədlərin 482 nəfəri, yəni təqribən 95%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 22 aprel tarixində keçirilən imtahanda da təxminən eyni idi (96%). Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir. Yaş intervalı artıqca uğur əldə edənlərin faizi aşağı düşür.

35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 26 nəfərdir. İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 33.2%-i, qadınların isə 42.2%-i uğur əldə ediblər. Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 508 nəfəri (36.9%) müvəffəqiyyət əldə edib.

Digər statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Ümumi məlumat

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)




20-24

406

188

46.3


25-29

567

226

39.9


30-34

253

68

26.9


35-39

79

18

22.8


40-44

36

3

8.3


45-49

12

2

16.7


50-54

12

1

8.3


55-59

9

2

22.2


60-64

2

0

0.0


Cəmi:

1376

508

36.9


Kişi və qadınlar üzrə məlumat

Cinsi

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)




Kişi

20-24

237

96

40.5


Kişi

25-29

340

127

37.4


Kişi

30-34

137

30

21.9


Kişi

35-39

48

10

20.8


Kişi

40-44

23

2

8.7


Kişi

45-49

7

1

14.3


Kişi

50-54

9

1

11.1


Kişi

55-59

5

1

20.0


Kişi

60-64

1

0

0.0


Kişilər üzrə cəmi:

807

268

33.2


Qadın

20-24

169

92

54.4


Qadın

25-29

227

99

43.6


Qadın

30-34

116

38

32.8


Qadın

35-39

31

8

25.8


Qadın

40-44

13

1

7.7


Qadın

45-49

5

1

20.0


Qadın

50-54

3

0

0.0


Qadın

55-59

4

1

25.0


Qadın

60-64

1

0

0.0


Qadınlar üzrə cəmi:

569

240

42.2


Yekun:

1376

508

36.9


© xezerxeber.az


327 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR