Gəncədə şəhid olan polis zabitləri dəfn olundu

11.07.2018 14:42

Gəncədə bir qrup şəxsin qanunsuz hərəkətlərinin qarşısını alarkən xidməti vəzifələrini yerinə yetirən zaman radikal ünsürlərin kəsici-deşici alətləri ilə qətlə yetirilən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovla vida mərasimi keçirilib.

XəzərXəbər xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin binasının qarşısında keçirilən vida mərasimində daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, şəhər ictimaiyyətinin nümayəndələri və mərhumun yaxınları iştirak ediblər. Şəhid polislər Gəncədəki Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilib, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilib, onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






497 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR