“Paşinyanın oğlunun Qarabağda xidmət keçməsi şoudur” - XİN

11.07.2018 11:07

"Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində aparılan kampaniya siyasi şouya çevrilib"

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, bununla populist Paşinyan hökuməti özünün reytinqini və cəmiyyətdə nüfuzunu saxlamağa çalışır: "Paşinyan hökumətinin 100 günü yaxınlaşır. Bu 100 gün ərzində ölkənin üzləşdiyi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində ciddi addımlar atılmaq əvəzinə bu qəbildən olan populist addımlarla öz reytinqini saxlamağa çalışır".

XİN rəsmisinin sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir.

"Bu kimi əməllər konstruktiv xarakter daşımır və regionda sülhün təmin olunmasına xidmət etmir" -H.Hacıyev vurğulayıb.

© xezerxeber.az


77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR