Azərbaycan əhalinin sayı açıqlandı

14.06.2018 11:07

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə verilən məlumata görə, ölkədə əhalinin sayı ilin əvvəlindən 25018 nəfər artaraq 2018-ci il may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

© xezerxeber.az


179 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR