"Ölkəmiz TANAP-a tam dəstək verir" - Ukrayna lideri

12.06.2018 20:09

"Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin işə düşməsi Azərbaycan, Türkiyə, Avropa İttifaqı ölkələri və Ukrayna üçün vacib bir məqamdır".

Bunu Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) keçirilən TANAP-ın I hissəsinin açılış mərasimində Ukrayna prezidenti Petro Poroşenko deyib.

O, layihənin enerji daşıyıcılarının və onların nəqletmə marşrutların şaxələndirilməsi istiqamətində vacib bir layihə olduğunu bildirib.

P.Poroşenko əlavə edib ki, Cənub Qaz Dəhlizinin vacib bir hissəsi olan bu layihə iki böyük lideri - Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səylərini birləşdirməsi hesabına həyata keçirilib və bununla da, Avropa İttifaqının enerji təhlükəsizliyi təmin olunub: "Bu, Ukraynanın enerji daşıyıcılarının şaxələndirilməsi üçün də önəmlidir. Ukrayna bu layihəyə tam dəstək verir. Ölkəmiz bu layihədən yararlanmaq üçün addımlar atacaq".

© xezerxeber.az


385 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR