"Bu gün "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik" - Ərdoğan

12.06.2018 20:02

"Bu gün bölgəmiz və ölkəmiz üçün tarixi bir addım atırıq. "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik".

Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın I hissəsinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyib.

O, həmçinin bildirib ki, bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub.

"Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm", - deyə o, qeyd edib.

R.T. Ərdoğanın sözlərinə görə, Türkiyə indiyə qədər enerji, nəqliyyat, ticarət sahələrində bir sıra uğurlu layihələr reallaşdırıb: "Ölkəmiz yatırım üçün güvənlidir".

© xezerxeber.az


247 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR