Xaləddin İsgəndərov vəzifəsindən azad edildi

17.05.2018 15:54

Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.

"Qafqazinfo" xəbər verir ki, X.İsgəndərov hazırda kollektivlə vidalaşır, qurumda təhvil-təslim aparılır.

Başçının səlahiyyətləri birinci müavini İlqar Süleymanova həvalə olunub.

Qeyd edək ki, yaxın saatlarda bu barədə prezident sərəncamının yayımlanacağı gözlənilir.

© xezerxeber.az


550 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR