Vüsal Hüseynov: Bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir

17.05.2018 10:53

"Vətəndaşların müraciətlərini və şikayətlərini təhlil etmişik. Eyni zamanda özümüz apardığımız araşdırmalarda müəyyən istiqamətlər təyin etmişik və ilk addımlara başlamışıq”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov qurumda korrupsiya faktlarının olması ilə bağlı məlumata münasibət bildirərkən deyib.

V.Hüseynov bildirib ki, Dövlət Miqrasiya Xidməti çalışacaq ki, bütün narahatlıqlar və qeyd edilən iradlar aradam qaldırılsın: "Təbii ki, kadr islahatları bizim daxili kadr idarəçiliyinin bir hissəsidir. Bu, mütəmadi olan bir prosesdir. Bununla bağlı artıq mətbuatda da müəyyən məlumatlar yer alıb. O kadrlar ki, cənab prezidentin tapşırıqlarını icra etməyə qadirdir, onlara bilik və bacarığı var, biz həmin kadrlarla işləyəcəyik. Təbii ki, bu islahatlar müəyyən şəxslərin kənarlaşdırılmasını istisna etmir. Bizim yanaşmamız ondan ibarətdir ki, işçilərin bilik və bacarığını artıraq. Onlar bilik və bacarıqlarından maksimum və səmərəli istifafə edək. Bununla bağlı müəyyən yerdəyişmələr həyata keçiririk”. (Trend)

© xezerxeber.az


435 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR