İlham Əliyev: “Naxçıvanın təhlükəsizliyi diqqət mərkəzindədir”

16.05.2018 15:46

"Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf uğurla gedir”.

XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışından sonra ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident bildirib ki, son 15 ildə Naxçıvanda ümumi daxili məhsul 10 dəfə artıb: "Bu da dünya miqyasında rekorddur. Naxçıvanda quruculuq işləri sürətlə gedir, infrastruktur layihələri uğurla icra olunur. Bu inkişaf ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.”

Dövlər başçısı qeyd edib ki, Naxçıvanın inkişafı və təhlükəsizliyinin təmin edilməsi hər zaman diqqət mərkəzindədir.

© xezerxeber.az


229 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR