16.05.2018 13:45
Azərbaycan
Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə
səfərdə olan Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri
general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Müdafiə Nazirliyindən
XəzərXəbər-ə
verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki
sahədə birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə edilərək bu
sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Nümayəndə
heyətləri Belarus hərbi-sənaye kompleksi müəssisələrinin istehsal
etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulmuş müxtəlif təyinatlı
hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini
müsbət qiymətləndiriblər.
Tərəflər hərbi-texniki əməkdaşlıq
məsələlərinin geniş spektrini müzakirə edərək Azərbaycan Ordusunun döyüş
qabiliyyətinin daha da yüksəldilməsinə yönəlmiş yeni böyük layihələrin
həyata keçirilməsi istiqamətlərini müəyyənləşdiriblər.
© xezerxeber.az
394 dəfə oxunub