Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

İnam Kərimov kənd təsərrüfatı nazirliyində kadr islahatlarına münasibət bildirib

16.05.2018 11:59

"Bizim leksikonumuzda "gənc kadr" sözü yoxdur, bizim leksikonumuzda müasir düşüncəli kadr sözü var".
 
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyində aparılan kadr islahatlarına münasibət bildirərkən söyləyib.
 
"O kadr həm gənc, həm də yaşlı ola bilər. Bizim leksikonumuzda yalnız innovativ və müasir düşünən kadr ifadəsi yer alıb. Kənd təsərrüfatı Nazirliyi sistemində kifayət qədər professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Bu, davam edən prosesdir. Bildiyiniz kimi nazirlikdə indiyə kimi heç kim işdən azad edilməyib. Yalnız rotasiya qaydasında yerdəyişmələr olub və bu formada da davam edəcək", - deyə İ.Kərimov əlavə edib. (APA)

© xezerxeber.az


247 dəfə oxunub

ÇOX OXUNANLAR