Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin görüşü keçirilir

16.05.2018 11:40

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü başlayıb.

 

MN-dən xezerxeber.az-a verilən məlumata görə, görüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Türkiyə Quru Qoşunları Məktəbi və Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyətləri iştirak edir.

 

Mayın 18-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın ali hərbi tədris müəssisələrinin təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunacaq, təcrübə mübadiləsi aparılacaq, birgə fəaliyyətlər və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

© xezerxeber.az


228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR