Artur Rasizadə Milli Məclisə hesabat verəcək

14.02.2018 15:56

Hökumət mart ayında Milli Məclisə hesabat verəcək.

Milli Məclisin 5-ci iclasında hökumətin son bir illik fəaliyyətinə qiymət veriləcək. Hesabatın martın 10-19 aralığında verilməsi gözlənilir.

İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcəklər.

Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda parlamentin 2 plenar iclası keçirilib. Milli Məclisin növbəti plenar iclası fevralın 23-də keçiriləcək./Modern.az

© xezerxeber.az


296 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR