Bayıl sürüşmə sahəsi ilə bağlı hesabat Nazirlər Kabinetinə təqdim edildi

14.02.2018 14:06

"Bayıl sürüşmə sahəsi ilə bağlı görülən işlərin aralıq hesabatını ötən gün Nazirlər Kabinetinə təqdim etdik".

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Hazırda Nazirlər Kabinetində ərazi ilə bağlı yekun rəy qəbul etmək üçün baxılır:

"Apardığımız geofiziki, laborator, topoqrafik işlər, mühəndis geoloji, hidrogeoloji müşahidələrin müfəssəl hesabatı hazırlanıb. Nazirlər Kabineti yekun rəy üçün nəticələri müxtəlif təşkilatlara göndərəcək. Yekun rəy veriləndən sonra məlumat mətbuata açıqlanacaq”.

Ə.Qaralov onu da vurğulayıb ki, ərazidə sürüşmə prosesi başa çatmayıb:

"Son günlər aparılan müşahidələr ərazidə aktivliyin qaldığını göstərir. Lakin sürüşmə sahəsi əvvəldən qeyd etdiyimiz konturlar daxilindədir. "Əbədi məşəl”, Gülüstan sarayı, Teleqüllə ərazisində aktivlik müşahidə edilmir”.

© xezerxeber.az


346 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR