Aİ ilə danışıqların növbəti mərhələsinin vaxtı açıqlandı

14.02.2018 13:25

"Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq müqaviləsi layihəsi üzrə danışıqlar konstruktiv məcrada və qarşılıqlı anlaşma əsasında həyata keçirilir. Sənədin hazırlığı prosesində ciddi maneə yoxdur".

XəzərXəbər xəbər verir ki bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti”yə müsahibəsində deyib.

"Ticarət məsələlərinə dair bır sıra fikir ayrılıqları mövcuddur. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmadığından tariflər və subsidiyalar məsələsində fikir ayrılıqları mövcuddur. Lakin müzakirələr prosesində biz qarşılıqlı anlaşma əsasında ümumi təmas nöqtələri tapmağa çalışırıq”, - deyə nazir vurğulayıb.

Məmmədyarov qeyd edib ki, saziş layihəsi üzrə danışıqların növbəti mərhələsi 2018-ci ilin birinci rübünün sonuna və ya ikinci rübünün əvvəlinə planlaşdırılır: "Bütün elementlər olduqca önəmlidir. Biz hesab edirik ki, bu sənəd Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafında əhəmiyyətli çərçivə rolunu oynayacaq. Sənəd siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdə tutur”.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR