İtkin alpinistlərin axtarışları yüksək dağ massivində aparılır

13.01.2018 09:00

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam edib.

Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, əməliyyatda nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak edirlər.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb relyefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 metr yüksəklikdə) aparılır. Əlavə məlumat veriləcək.

© xezerxeber.az


336 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR