Səhiyyə Nazirliyi saxta saytla bağlı araşdırmalara başladı

12.01.2018 16:53

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi adından yaradılan və 50 faiz endirimlə arıqlamaq dərmanlarını satan saxta saytla bağlı artıq araşdırmalara başlanılıb.

Bu barədə XəzərXəbər-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirib ki, bu işin arxasında kimlərin olması və nə məqsədlə belə etdikləri üzə çıxarılacaq.

"Onların yaydıqları məlumatlar tamamilə əsassızdır və saxta dərman satmaları araşdırılır. Araşdırma bitdikdən sonra saxta saytı açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək və bu barədə ictimaiyyətə də məlumat veriləcək”.

Qeyd edək ki, yaradılan saytda Azərbaycanın səhiyyə naziri Otay Şirəliyevin yerinə nazir kimi Kərim İsmayılov göstərilib. Saytda 2015-ci ildən ölkədə artıq çəkidən əziyyət çəkənlərin 82 faiz artması və sağlamlıqla bağlı problemlərin də meydana gəlməsi kimi yalan informasiyalar verilib.

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR