Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, 2017-ci il ərzində paytaxtın Səbail, Nizami, Yasamal, Binəqədi, Xətai, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, eləcə də Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazilərində keçirilən belə tədbirlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 266-cı (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 244-cü (Torpaqların (meşə fondu torpaqların) zibillənməsi və korlanması) maddələrinin tələblərini pozmuş 52 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 81.500 manat təşkil edib.
Ümumilikdə ötən il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 859 nəfər inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 117.500 manat cərimə tətbiq olunub.
Bu istiqamətlərdə tədbirlər davam etdirilir.
© xezerxeber.az“Yeyib-içib, “dərman” atmışam” – 3 mağaza, 6 ev soyan oğru – VİDEO
Prezident İlham Əliyev Əli Həsənov ilə bağlı sərəncam imzaladı
Heydər Əliyev Aeroportunu ilk dəfə belə GÖRƏCƏKSİNİZ - FOTOLAR
Prezident İlham Əliyev Əli Həsənov ilə bağlı sərəncam imzaladı
Müharibə BAŞLAYIR? - Ərazilərin qaytarılması üçün PLAN HAZIRLANDI
Ovucun ortasındakı “X” işarəsinin mənası nədir? - İNANILMAZ FAKT
Bu dəlil III Dünya müharibəsini BAŞLADACAQ – TÜRKİYƏYƏ GƏTİRİLİR
Sabahın hava proqnozu açıqlandı - Külək, yağış, qar... - XƏBƏRDARLIQ
Ağdaşda QƏTL: 17 yaşlı oğlan bacısı ilə görüşən tələbəni öldürdü
Bir ildə 22 insanı yedi - Ürəyi zəif olanlar baxmasın - VİDEO
Çiy yumurtanı torpağa basdırın - Möcüzəyə şahid olun - VİDEO