Ordunun şəxsi heyətinə dərəcə verilməsi üzrə imtahan keçirilir - FOTO

12.01.2018 13:18

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi (təsdiqlənməsi) üzrə sınaq imtahanları keçirilir.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, müxtəlif təlim mərkəzlərində və çöl-səhra şəraitində keçirilən sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələr, rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri üzrə məqbullar qəbul edilir və hərbi qulluqçuların fiziki hazırlığının səviyyəsi yoxlanılır.
Hərbi qulluqçuların döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan müasir zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirilir.

© xezerxeber.az

FOTOQALERIYA






175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR