Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Ay tutulması Azərbaycandan tam müşahidə ediləcək

12.01.2018 11:36

Bu il iki dəfə Ay tutulması müşahidə ediləcək. Yerin ekvatorial zonasında baş verəcək bu hadisələr mərkəzi tutulmalar adlanır. Yəni, Ay kölgənin mərkəzindən keçəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından XəzərXəbər-ə bildiriblər ki, yanvarın 31-də baş verəcək Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanacaq, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq. Azərbaycanda saat 18:00-dan etibarən Ay doğduqda görünməyə başlayacaq. Həmin andan Ayın səthi aşağı hissədən yavaş-yavaş açılmağa başlayacaq.

İyulun 28-də baş verəcək Ay tutulması isə Bakı vaxtı ilə saat 22:24-də başlanacaq, saat 00:21-də maksimum səviyyədə olacaq, saat 02:19-da başa çatacaq. Bu Ay tutulması Azərbaycan ərazisində tam müşahidə olunacaq.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR