Ötən il dekabrın 1-i
vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,2
min nəfər olub. Onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət
sektorunda, 640,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət
göstərib.
Dövlət Statistika Komitəsindən
bildirilib ki, muzdla işləyənlərin 21,8 faizi təhsil, 19,1 faizi
ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,6 faizi
əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət
idarəetməsi və müdafiə, sosial təminat, 6,6 faizi tikinti, 4,7 faizi
nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki
fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın
digər sahələrində məşğul olub.
2017-ci ilin yanvar-noyabr
aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq
nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq
525,0 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və
sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və
rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha
yüksək olub.
Yeni hökumətdə bəzi nazirlər və komitə sədrləri yer almayıb - SİYAHI
Hindistanlılar və iranlılar toy etmək üçün Azərbaycanı seçir - VİDEO
Yeni metro qatarı sərnişinlərin istifadəsinə verilib - VİDEO
Sumqayıtda iki nəfərin axtarışına helikopter cəlb olundu - VİDEO
Yeni hökumətdə bəzi nazirlər və komitə sədrləri yer almayıb - SİYAHI
Prezident İlham Əliyev Əli Həsənov ilə bağlı sərəncam imzaladı
Müharibə BAŞLAYIR? - Ərazilərin qaytarılması üçün PLAN HAZIRLANDI
Prezident İlham Əliyev Əli Həsənov ilə bağlı sərəncam imzaladı
Bir ildə 22 insanı yedi - Ürəyi zəif olanlar baxmasın - VİDEO